012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / DOKTORLAR /
  • Adı:
  • Tibbi bölüm:
  • İxtisas:

Cərrah mama-ginekoloq T.ü.f.d.Samirə Tağıyeva

Tağıyeva Samirə Ramiz qızı – cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru.

Təhsili:

1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.

1998-ci ildə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində A.Xasıyevanın rəhbərliyi ilə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçmişdir.

1998-2001-ci illərdə Sankt-Peterburq Dövlət Diplomdansonrakı Tibb Təhsili Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili almışdır

( Rusiya,Sankt-Peterburq).

2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında, T.e.d professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi ilə aspirantura təhsili almışdır. Dissertasiya mövzusu: "HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü , doğuş doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti " . 2004-cü ildə mama-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə dissertasiya müdafiə etmişdir( Rusiya,Sankt-Peterburq).

Kurslar:

2001-ci il Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya,Sankt-Peterburq ).

2002-ci il-Ultrasəs diaqnostiksı (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya,Sankt-Peterburq ).

2002-ci il-Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya,Sankt-Peterburq ).

2002-ci il-Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya,Sankt-Peterburq ).

2004-cü-il-Kliniki onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya,Sankt-Peterburq ).

2006-cı il-Ginekologiyada Lazer texnologiyaları ( Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya,Sankt-Peterburq ).

2006-cı il- Reproduktiv Yardım texnologiyaları (İVF),("AVA-Peter”) Rusiya-Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).

2006-cı il-Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M Saveliev,T.e.d. Professor S.V.Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).

2006-cı il-Ginekologiyada laparoskopiya ("Frauenklinik Dr. Geisenhofer” klinikası,T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

2007-ci il-Reproduktiv Yardım texnologiyaları (İVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, ( Prinzregentenstrasse 69-81675 München), Professor D.Berq və T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).

2008-ci il-Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L.Nikitinin rəhbərliyi ilə Rusiya, Sestroretsk)

2009-cu il- Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.

2001-ci il-Perinatal diaqnostika ( xorionik biopsiya, amnuosentez, kordosentez),(Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).

15 illik iş təcrübəsi vardır.

11 il Leyla Şıxlinskaya klinikasında işləmişdir.

2 il Baku Medikal Plaza

Mama-ginekolqlar konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak etmişdir. 34-dən artıq elmi-praktiki məqalələri nəşr olunmuşdur. Ginekologiyanın bütün sahələri ilə (laparotomiya,laparoskopik əməliyyatlar,invazit perinatal diaqnostika, lazer cərrahiyyəsi ) məşğul olur.