012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / DOKTORLAR / T.E.N. Uzman Dr. Mahir Mehdiyev
  • Adı: T.E.N. Uzman Dr. Mahir Mehdiyev
  • Tibbi bölüm: Ginekoloqlar
  • İxtisas: Cərrah ginekoloq

Mahir Mehdiyev Nadir oğlu 1978 ildə Bakı şəhərində anadan olmuşdur.Orta təhsilimə 1985-ci ildə 234 sayılı orta məktəbdə başlamışdır .1992-ci ildə acılan Bakı Özəl Türk Litseyinə yüksək balla daxil olmuş,orta təhsilimi bu litseydə məktəb birincisi olaraq başa çatdırmışdı.Litseydə oxurkən 1994,1995 və 1996 –ci illərdə Azərbaycan Respublikasını üç dəfə Beynəlxalq Biologiya Olimpiadasında təmsil etmiş,bir bürünc,bir gümüş və bir qızıl medal qazanmağa nail olmuşdur..Ali təhsilimi 1996-2002 illərdə Türkiyə Cumhuriyəti Ankara şəhərində yerləşən Hacette Universiteti Tibb fakulteti ingiliscə tibb bölümündə başlamış və 2002-2007 illərdə İzmir şəhərində yerləşən Ege Universiteti Tibb fakülteti Qadın xəstəlikləri və Doğum kafedrasında ixtisas keçərək davam etdirib.

2007-2008 illərdə İstanbul şəhərində yerləşən Alman Xəstəxanasında Sonsuzluq və Süni Mayalandırma üzrə üst ixtisas keçmiş və İraqın Ərbil şəhərində qurulan ilk İn Vitro Fertilizasiya Mərkəzində qurucu həkim kimi iştirak edib.

2008 ci ildə Bakı şəhərində qayıdaraq Mərkəzi Kliniki Xəstəxanada işləməyə başlayıb.2009-cu ildən hal-hazırda qədər Mərkəzi Nefçilər Xəstəxanası Qadın Mərkəzinin müdiri vəzifəsində işləmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

Qadın xəstəliklərinin laparoskopik, histeroskopik vaginal yolla butun növ müayinə və müalicəsini həyata keçirir.