012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Otorinolarinqologiya


Otorinolarinqologiya - tibbin burun boşluğu, udlaq, qırtlaq və qulaq xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan bir sahəsidir.

Klinikamızda bütün LOR -cərrahi əməliyyatlar həyata keçirilir. Burun boşluğunda, burunətrafı ciblərdə, burun-udlaqda və səs tellərində icra olunan əməliyyatlar endoskopik üsulla aparılır. Endoskopik üsul LOR-üzvlərini və onların patoloji dəyişikliyini bir neçə dəfə böyüdülmüş vəziyyətdə monitorda müşahidə etməyə imkan verir. Bu üsul toxumalarla daha incə və az invaziv rəftar etməyə, onları böyütdüyünə görə isə daha dəqiq görməyə imkan verir. Endoskopik üsulla aparılan əməliyyat zamanı xəstə az travma alır, aparılan kəsik kiçik olur, əməliyyat qansız aparılır. Bu da öz növbəsində xəstənin əməliyyatdan sonra ən qısa zamanda sağlamlığının bərpa olmasına şərait yaradır.

Klinikamızda 3-5 yaşına kimi anadangəlmə karlığı olan uşaqlara koxlear implant əməliyyatı icra olunur. Bu əməliyyatla eşitmə problemi aradan qalxdığından anadangəlmə lallıq problemi də zamanla aradan qalxır.

Klinikamızda icra olunan əməliyyatlar:

  • Adenotomiya
  • Haymorotomiya
  • Tonzilektomiya
  • Tonzilektomiya+Adenotomiya
  • Tonzilektomiya+Adenotomiya+Parasentez boru
  • Adenotomiya+ Parasentez boru
  • Haymorotomiya
  • Haymorotomiya endoskopik (birtərəfli və ikitərəfli)
  • Uvulektomiya
  • Tonzilektomiya+uvulektomiya
  • Agiz boşlugundan xoş xassəli törəmənin çıxarlmasi
  • Burun çəpərinin tikanli və daraq formasinda əyriliyi
  • Septoplastika
  • Septoplastika+Konxotomiya
  • Konxotomiya
  • Konxotomiya endoskopik
  • Polipotomiya
  • Polipotomiya endoskopik
  • Şiş toxumasi
  • Qirtlaqdaxili şiş toxuması
  • Burunun uc hissəsinin plastikası
  • Burunun donqarliginin plastikası
  • Rinoplastika(ümumi plastika)
  • Rinoplastika+septoplastika
  • Burunun əlavə ciblərindən osteomanın endoskopik çıxarılması
  • Qulaq seyvaninin birtərəfli plastikası
  • Biopsiya xarici qulaq
  • Absessin drenaji hemotoma qulaq seyvanı
  • Xarici qulaq keçəcəyinin kateteri
  • Xarici qulaq keçəcəyinin arteriya zamanı rekonstruksiyası
  • Yad cismin çixarılması
  • Qida borusundan yad cismin çıxarılması
  • Birtərəfli polipektomiya
  • Qulaq daxili gizli fistul mastoidektomiyası
  • Trepanopunksiya(bir tərəfli və iki tərəfli)
  • Üz sinirinin dekompressiyası
  • Radikal mastoidektomiya (müxtəlif modifikasiyalı)
  • Bir tərəfli mirinqotomiya
  • Mirinqotomiya bir tərəfli trubka ilə
  • Ossikuloplastika
  • Timpanoplastika
  • Stapidektomiya(stapidoplastika)
  • Timpanotomiya
  • Rezeksiya xordo-timpani
  • Burun sinexiyasinin götürülməsi
  • Burunun yumşaq toxumasinin biopsiyası
  • Burun qanaxmasinda yandirilmasi və arxa tamponda
  • Xarici yuxu arteriyasinin baglanması
  • Açiq xonal arteriya
  • Burun daxili fistulun plastikası
  • Anqiofibromanin çixarılması
  • Burun ətrafi ciblərin endoskopiyası (birtərəfli və ikitərəfli)
  • Burun sümüyünün bagli və açıq sınığı
  • Diaqnostik mikrolarinqoskopiya və biopsiya
  • Şişin mikrolarinqoskopiya ilı götürülməsi və ya stenozun götürülməsi
  • Mikrolarinqoskopiya
  • Traxeostomiya
  • Burun çəpərinin perforasiyasinin plastikası
  • Mastoidektomiya timpanoplastikayla
Şöbədə dəqiq diaqnostika üçün bütün instrumental-laborator imkanlar vardır:
  • Rentgenoqrafiya
  • Burun boşluğu, burun-udlaq, qırtlağın endoskopik müayinəsi
  • Kompyuter tomoqrafiya
  • Laborator analizlər (qanın ümumi,immunoloji analizləri və s)
BÖLÜMÜN DOKTORLARI
Uzman Dr. Mətin İbrahimov Otorinolarinqologiya