012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Ümumi cərrahiyyə (açıq və endoskopik üsulla)

Oksigen Klinik Xəstəxanasının cərrahiyyə bölməsi yüksək səviyyəli cərrahi xidmət göstərir.
Şöbə müasir cərrahi texnika və avadanlıqlarla təchiz olunmuşdur. Stasionarda müxtəlif cərrahi əməliyyatlar yüksək ixtisaslı, təcrübəli, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş mütəxəssislər tərəfindən icra olunur. Cərrahiyyə şöbəsində açıq, ənənəvi operativ müdaxilələrlə yanaşı müasir dövrdə üstünlük verilən endoskopik əməliyyatlar da icra olunur:
  • Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)
  • Hepatopankeatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri)
  • Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq)
  • Proktoloji xəstəliklər (hemorroy, anal fistula, anal çat və s.)
  • Yırtıq cərrahiyyəsi
  • Süd vəzisi xəstəlikləri
  • Dəri və yumşaq toxumaların cərrahi xəstəlikləri
  • Laparoskopik cərrahiyyə


Mədə-bağırsaq sistemi cərrahiyyəsi:
  • Qida borusu- axalaziya, lipoma, leyomiyoma kimi xoşxassəli törəmələri, divertikulu
  • Mədə və on iki barmaq bağırsağın perforasiyası, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmaları
  • Nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit), perianal fistulalar, hemorroidlər, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.

Hepato-pankreatiko-biliar cərrahiyyə:
  • Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit,
  • exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir.

Yırtıq cərrahiyyəsi:
Klinikamızda yırtıq cərrahiyyəsi ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır.
  • Qasıq yırtığının plastikası (bir və iki tərəfli)
  • Göbək yırtığının plastikası (kiçik orta və böyük həcmli)
  • Bud yırtığının plastikası
  • Ağ xətt yırtığının plastikası
  • Postoperasion yırtığının plastikası (kiçik orta və böyük)
  • Eventerasiyanın ləğv edilməsi
  • Laparoskopik hernioplastika(bir və iki tərəfli)
  • Diafraqma yırtığının ləğvi
  • Yırtıq torun dəyişdirilməsi

Süd vəzisi cərrahiyyəsi:
  • Süd vəzisinin iltihabi xəstəlikləri, törəmələrinin (kista, fibroadenoma, duktal ektaziya), kişilərdə ginekomastiyanın diaqnostikası və cərrahi müalicəsi ilə yanaşı süd vəzisi xərçənginin erkən diaqnostikası üçün profilaktik müayinələrin aparılması ilə də məşğul olur.

Klinikamızda yüksək səviyyədə endoskopik cərrahiyyə xidməti mövcuddur. Endocərrahiyyə müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biridir. Endocərrahi əməliyyatlar xırda ölçülü kəsiklər vasitəsilə (5-10 mm) bədən boşluğuna xüsusi cərrahi instrumentləri daxil etməyə, miniatür telekamera vasitəsilə vizual olaraq əməliyyatın gedişini izləməyə və müxtəlif cərrahi manipulyasiyalar aparmağa (məsələn, öd kisəsinin, yumurtalıq kistasının xaric edilməsi və s.) imkan verir.


Endocərrahi əməliyyatların üstünlükləri:
  • Uzun ölçülü cərrahi kəsiklər əvəzinə (7-30 sm) diametri 0,5-1 sm olan 3-5 dəlikdən istifadə olunur. Buna görə də əməliyyatdan sonrakı ağrılar çox az olur, geniş ölçülü kəsik olmadığına görə çapıq izləri demək olar ki, bilinmir.
  • Endocərrahi əməliyyatlar zamanı istifadə olunan optika əməliyyat sahəsini bir neçə dəfə böyütməyə imkan verir, operasiya demək olar ki, mikrocərrahi səviyyədə aparılır, nəticədə daha az toxuma travmaya məruz qalır, qanaxma minimuma endirilir.
  • Adətən açıq cərrahi əməliyyatlar zamanı xüsusən də qarın boşluğu operasiyalarında ventral yırtıq tez-tez rast gəlinən ağırlaşmalardan biridir. Endocərrahi əməliyyatlardan sonra isə bu cür ağırlaşmalara rast gəlinmir. Endocərrahi əməliyyatlar zamanı daxili orqanların yad cisimlərlə (salfetka, cərrahın əlcəyi və s.) kontaktı olmur, bu isə əməliyyatdan sonrakı spaykaların əmələ gəlməsinin qarşısını alır.
  • Əməliyyatdan sonra xəstənin stasionarda qalma müddəti xeyli qısalmış olur. Belə xəstələri əməliyyatdan sonrakı ciddi yataq rejimi gözləmir. Bəzən xəstə əməliyyat olunduğu gün evə yazıla bilər. Əksər hallarda hospitalizasiya müddəti 2-3 gün təşkil edir.
"Oksigen YTM"də endoskopik əməliyyatlar Almaniyanın "STORZ" firmasının istehsalı olan 4 LTRACİSİON HARMONİC SCAPLER aparatı vasitəsilə aparılır. Bundan əlavə Endoskopik uroloji əməliyyatlarda HOLMİUM LAZER, əməliyyatdaxili diaqnostikada isə THALES aparatından istifadə olunur.

Oksigen klinikasında icra olunan endoskopik əməliyyatlar aşağıda qeyd olunub.

  • Diaqnostik laporoskopiya
  • Laporoskopik xolesistektomiya
  • Laporoskopik appendektomiya
  • Laporoskopik fundoplastika
  • Laporoskopik total histerektomiya
  • Laporoskopik hissəvi histerektomiya
  • Laporoskopik kistektomiya
  • Laporoskopik tubektomiya
  • Laporoskopik miomoektomiya
  • Endoskopik sistoureteroskopiya
  • Endoskopik litotripsiya
  • Endoskopik TUR
  • Endoskopik septoplastika
  • Endoskopik haymorotomiya
  • Endoskopik konxotomiya
  • Endoskopik septovazotomiya
  • Endoskopik polipotomiya
  • Endoskopik artroskopiya

BÖLÜMÜN DOKTORLARI