012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Rentgen (rəqəmsal)

İspaniyada istehsal olunmuş "StephaniX" - Azərbaycanda analoqu olmayan müasir rəqəmsal rentgendiaqnostik aparatdır. "StephaniX" distansion üsulu ilə idarə olunur,pasiyent ilə əlaqə saxlamaq üçün rentgen-kabinet mikrofon və kameraları ilə təchiz olunmuşdur. "StephaniX" -in üç istifadə rejimi var-rentgenoqrafiya,işıqlama və tomoqrafiya rejimləri. "StephaniX" ilə dayaq-hərəkət,tənəffüs,ürək-damar, mədə-bağırsaq,sidik-tənasül sistemlərinin rahat və ağrısız adi və kontrast müayinələr aparılır. Aparat mobil ştativ və stol rahat oturacaq, pillə, avtomatik kompressiya üçün cihaz (palpator),şüalanan sahəsini məhdudlaşdırmaq üçün cihazına (kollimator) malikdir. Ştativ üfüqi və şaquli vəziyyətlərdə isifadə oluna bilər,stolun vəziyyəti dörd istiqamətə doğru hərəkət edir,tubusun fokus məsafəsi 1 və 1,5 metr arasında yerini dəyişir, müayinə zamanı vəziyyəti distansion olaraq tez və asan dəyişilir. Aparatın rəqəmsal olduğu pasiyentin şüa yüklənməsini azaldır və rentgen-şəkillərinin keyfiyyətini artırır və həmçinin rentgen şəkilləri kompüter bazasında saxlanır, disklərə köçürülə və internet vasitəsi ilə dünyanın bütün ölkələrinə gondərilə bilir.


Rəqəmsal Rentgen - Stephanix - xəstənin minimal şualanması. Komputer vasitəsil ə aydın görüntünün alınması. Ən xırda dəyişikliklərin aydın müəyyən edilməsi. Skeletin bütün şöbələrinin tam dəqiqliklə muayinəsi. Bütün növ kontraslı müayinə metodları həmçinin İlk dəfə olaraq Uretrosistoqrafiya, Sayloqrafiya, Fistuloqrafiya, T — Tube Kolonqeqrafiya, Perkutan Pieloqrafiya, Salpinqoqrafiya, Dakrosistoqrafiya Fleboqrafiya.
BÖLÜMÜN DOKTORLARI