012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Dermatologiya


Dermatologiya
- dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini , müalicə və profilaktikasını öyrənir. (yunanca derma- dəri, logos-öyrənmək).


Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.)

Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır. Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir.Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.

Oksigen Klinik Xəstəxanasında bütün dəri xəstəliklərinin müayinə və müalicəsi təcrübəli həkim dermatoloqlar tərəfindən müasir tibbin tələblərinə uyğun şəkildə uğurla aparılır:

Dərinin virus xəstəlikləri:

  • Papillomalar
  • Sadə herpes (herpes simplex)
  • Kəmərləyici herpes (herpes zoster)
  • Kandilomalar
Dərinin allergik xəstəlikləri:
  • Atopik dermatit
  • Kvinke ödemi
  • Məxmərək
  • Kontakt dermatitləri
  • Ekzema
  • Neyrodermatit
Piodermitlər (dərinin irinli xəstəlikləri):
  • Stafilakokk piodermitləri
  • Follikulit
  • Furunkul
  • Karbunkul
  • Hidradenit
Dərinin parazitar xəstəlikləri:
  • Qoturluq
  • Bitlilik
Seboreya, akne (sızanaqlar)

Mikozlar

Psoriaz

Vitiliqo

Tük və dırnaq xəstəlikləri və s.

Oksigen Klinik Xəstəxanasında dəri xəstəliklərinin diaqnostikası üçün aşağıdakı müayinə üsullarından istifadə olunur:
  • İmmun-allerqoloji müayinələr ( immun statusun təyini, allerqotestlər)
  • Mikrobioloji testlər (əkilmə və antibiotiklərə həssaslıq)
  • Sitoloji və histopatoloji müayinələr
  • Kliniki və biokimyəvi analizlər
  • Müxtəlif infeksiyaların PZR diaqnostikası
  • Hormonal analizlər
  • USM və endoskopiya
  • Qida həssaslığının təyini
  • Terapevt, endokrinoloq, qastroenteroloq və s. mütəxəssislərin konsultasiyaları

BÖLÜMÜN DOKTORLARI