012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Neonotologiya şöbəsi

Oksigen Klinik Xəstəxana-Neonotologiya şöbəsi 2010-cu ilin iyul ayından fəaliyyət göstərir. Şöbəmizdə müasir standartlara cavab verən aparatlar mövcuddur. İki hissədən ibarət olan olan şöbəmizdə fizioloji sağlam doğulan uşaqlar üçün ayrı və reanimasyon tədbirləri aparmaq üçün ayrı bloklar var. Reanimasiya blokunda süni tənəffüs aparatı, manitorla təchiz olunmuş inkubatorlar vardır. Şöbə mərkəzləşmiş oksigenlə təchiz olunub. Yarımçıq və patalogiya ilə doğulmuş uşaqların müayinə və müalicəsi üçün müasir standartlara cavab verən aparatlar və preparatlar var. Şöbəmizdə yüksək səviyyədə gigiyenik şərait var. Aseptika və antiseptika qaydalarına riayət olunur.

Yüksək səviyyədə avadanliqlarla təchiz olmuş Neonotoloji bölümdə müasir standartlara cavab verən aparatlar mövcuddur ."GİRAFFE” inkubatorları yenidoğulmuşların reanimasiyasında işlənilir. Yuxarı hissəsi mobil olduğuna görə prosedurların keçirilməsi asanlaşır. Adi inkubatorlardan fərqli olaraq uşağın həm çəkisini, həm temperaturunu inkubatordan çıxarmadan ölçmək olar. Bütün inkubatorlar "DATEX OHMEDA” monitorları ilə təchiz olunub. Belə ki, reanimasiyada müalicə alan yenidoğulmuşların ürək-damar, tənəffüs, termorequlyasiya və başqa göstəricilər 24 saat bu monitorlarla izlənilir. "BİLİSOFT” fototerapiya apparatı vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlarda hiperbiliribunemiyaların müalicəsi zamanı istifadə olunur. Stasionar tipli fototerapiyadan fərqli olaraq, "BİLİSOFT” ev şəraitində və uşağı anadan ayırmadan
istifadə edilə bilər.Stasionar tipli fototerapiya küvezlərdə müalicə alan uşaqlar üçün nəzərdə tutulub.
"ENQSTOM CARESTATİON” süni tənəffüs apparatı PC; SİMV; CPAP və digər rejimlərdə vaxtından əvvəl doğulmuş və ağır tənəffüs çatmamazlığı olan uşaqlarda uğurla istifadə edilir

BÖLÜMÜN DOKTORLARI
Uzman Dr. Altay Abdullaoğlu Neonotologiya şöbəsi