012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Tibdə Son Texnoloqiya! Son Yenilik !

Maqnit Rezonans Tomoqrafiyası Oksigen klinik xəstəxanasında

cihazlar26(1)Oksigen Klinik xəstəxanasında fəaliyyət göstərən 1,5 Tesla Brivo MR 355 markalı General Electric firmasına məxsus olub, özündə 1,5 Tesla maqnit sahəsi, diametri 70 santimetr olan geniş tunel və Tim texnologiyası (tam vizual matrisa) birləşdirir. Tim texnologiyası əməyin təşkilini sadələşdirir, xəstələrə xidmətin səmərəliliyini artırır. Bu təsvirin yüksək keyfiyyətini, xəstə üçün hər cür rahatlığı təmin edir, diaqnostikaya geniş imkanlar açır. Bundan əlavə, sistemin belə konstruksiyası həm dolu bədənli, həm də klaustrofobiyadan əziyyət çəkən(qapalı yerdən qorxan) xəstələrin diaqnostikasını asanlaşdırır. Sistemin tunelinin diametrinin 70 santimetr olması klaustrofobik reaksiyaların inkişafı riskini xeyli azaldır. Bundan əlavə, tunelin diametrinin böyüməsi elə xəstələri müayinə etməyə imkan verir ki, belə xəstələrdə, məsələn, aşkar kifozdan, hərəkətməhdudiyyətlərindən, lokal ağrılardan əziyyət çəkənlərdə, uşaqlarda və dolu bədənli xəstələrdə müasir tələblərə cavab verməyən MR-tomoqrafların köməyi ilə skanlama aparmaq mümkün deyildir. 1,5 Tesla sahəsinin gərginliyi və geniş tunel texnologiyası həyat təminatı qurğularına qoşulmuş xəstələri, intensiv terapiya bölmələrinin xəstələrini və üzərində intraəməliyyat prosedurları aparılacaq xəstələri müayinə etməyə imkan verir. 1,5 Tesla Brivo MR 355. sistemi ağır xəstəliklər və "problemli” xəstələr üzərində çox tez və etibarlı tədqiqatlar aparmağa şərait yaradır ki, bu müalicənindüzgün seçilməsini asanlaşdırır.

135radyoloji

140gir-rad

Maqnit-rezonans tomoqrafiyanın üstünlükləri:

  • İnanılmaz dərəcədə yüksək diaqnostik effektivlik,
  • KT və rentgen diaqnostikadan fərqli olaraq rentgen şülanmasından istifadə olunmur, bu isə xəstənin şüalanması kimi yan təsirlərin olmamasını təmin edir,
  • MRT zamanı hətta ölçüsü bir neçə millimetr olan obyektin təsvirini görmək olur, istənilən proyeksiyada təsvir əldə olunur,
  • Bütün toxuma və orqanların vizualizasiyasının mümkünlüyü. MRT baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar etməyə imkan verir
  • MRT vasitəsilə heç bir kontrast maddədən istifadə etmədən damarların və öd yollarının vizualizasiyasını almaq mümkündür
  • MRXP (maqnit-rezonans pankreatoxolangioqrafiya) kontrast maddə olmadan öd yollarının və mədəaltı vəzi axarının 3 ölçülü təsviri,
  • Magistral arteriyaların MR-angioqrafiyası –əlavə kontrastlaşdırma aparılmadan damarların təsviri,

Oksigen Klinikasında MRT vasitəsiylə aparılan müayinələr:

  • Baş beyin MRT
  • Hipofiz MRT
  • Baş beyin damarlarının MR-angioqrafiyası (kontrast maddə olmadan)
  • Boyun damarlarının MR-angioqrafiyası (kontrast maddə olmadan)
  • Orbital MRT
  • Parnazal MRT
  • Kəllə əsası MRT
  • Boyun nahiyəsi MRT
  • Onurğa sütununun və onurğa beyninin boyun nahiyəsinin MRT müayinəsi
  • Onurğa sütununun və onurğa beyninin döş nahiyəsinin MRT müayinəsi
  • Onurğa sütununun və onurğa beyninin bel nahiyəsinin MRT müayinəsi
  • Bud-çanaq oynağı MRT
  • Diz oynağı MRT
  • Oma-qalça oynağı MRT
  • Abdominal MRT
  • Pelvik MRT
  • Böyrəküstü vəzilər
  • Maqnit-rezonans xolangioqrafiya (konrast maddə istifadə etmədən)

Pasiyentlərin nəzərinə:

  • Müayinənin davam etmə müddəti 30-45 dəqidə çəkir.
  • Öncədən MRT müayinəyə hazırlıq aparılmır
  • Göstəriş olduqda paramaqnit kontrast maddələrdən istifadə olunur. Əgər hər hansı bir paramaqnit kontrast maddəyə qarşı allergik reaksiyanız varsa tibb bacısına bu barədə məlumat verin.
  • Azyaşlı uşaqlar medikamentoz sedasiya aparıldıqdan sonra müayinəyə götürülür.
  • Müayinə zamanı tomoqraf maqnit sahələri generasiya edir. Buna görə də müayinədən öncə bütün metal əşyalar kənarlaşdırımalıdır(diş protezləri, eşitmə aparatları və s.). Ferromaqnit döymələr (tatuirovkalar), kosmetik makiyaj təsvirin keyfiyyətinə mənfi təsir göstərir. Həmçinin dəridə də qızartılarəmələgələ bilər.
  • Əgər bədəninizdə kardiostimulyator, metal protezlər, damarlarda və ya daxili orqanlarda metal klipslər varsa bu barədə həkimə və ya tibb bacısına mütləq məlumat verin, çünki göstərilən predmetlər maqnit-rezonans tomoqrafiyanın aparılmasına əks göstərişdir.
  • Hamiləliyin ilk 3 ayında MRT müayinədən keçmək məsləhət görülmür.

Müayinələr türkiyənin Ege universitetininradiodiaqnostika kafedrasında ixtisaslaşma keçmiş həkim-radioloqAydın Mirzəyev tərəfindən müassir standartlara uyğunaparılır.

MRT müayinəsindən keçmək üçün öncədən telefon vasitəsilə qəbula yazılmaq lazımdır.

BÖLÜMÜN DOKTORLARI