012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Endokrin cərrahiyyə

Endokrin cərrahiyyə - daxili sekresiya vəzilərinin patologiyasının cərrahi müalicəsi ilə məşğul olan bir sahədir. Oksigen Klinik Xəstəxanasında qalxanabənzər vəzinin bir sıra xəstəliklərinin cərrahi müalicəsi aparılır. Diffuz toksiki ur, düyünlü zob, döş sümüyü arxası zob və s. xəstəliklərin dəqiq və düzgün müalicəsi həyata keçirilir. 

Xəstələrin müayinəsi zamanı aşağıdakı laborator və instrumental diaqnostika metodlarından istifadə edilir:
  • Hormonal və biokimyəvi müayinələr - qanda tireotrop (TSH), total və sərbəst T3, T4 hormonlarının, tireoqlobulin və tireoperoksidazaya qarşı və tireoid mikrosomal antitellərin təyini.
  • Qalxanabənzər vəzinin ultrasəs müayinəsi və ya doppleroqrafiyası.
Oksigen Klinik Xəstəxanasında ən müasir avadanlıqlarla təchiz olunmuş diaqnostik bazası və həkimlərin birgə fəaliyyəti xəstələrin problemlərini vaxtında və kompleks şəkildə həll etməyə imkan verir.
BÖLÜMÜN DOKTORLARI