012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Ginekologiya

Klinikada müxtəlif ginekoloji və uroginekoloji xəstəliklərin kompleks müayinəsi, konservativ və cərrahi müalicəsi aparılır. Burada laparoskopik, abdominal, vaginal operasiyalardan, histeroskopiya və histerorezektoskopiyadan istifadə etməklə müxtəlif ginekoloji xəstəliklərin yüksək texnologiyalı cərrahi müalicəsi aparılır. 

Endocərrahi və mikrocərrahi əməliyyatlar cərrahi-ginekoloji xidmətin əsas prioritetləridir. Endocərrahi əməliyyatlar uşaqlığın mioması, ağır dərəcəli endometriozlar, uşaqlıqdankənar hamiləliklər zamanı orqansaxlayıcı nəticələr almağa imkan verir. Bu isə xüsusilə gənc yaşlı pasiyentlər üçün çox əhəmiyyətlidir. Laparoskopik olaraq spaykaların aradan qaldırılması və boru keçiriciliyinin bərpa olunması boru mənşəli sonsuzluqlar zamanı çox yaxşı effekt verir. Yumurtalıq sistinin aradan qaldırılması, yumurtalıqların sektoral rezeksiyası və elektrokauterizasiyası, miomatoz düyünlərin xaric edilməsi, uşaqlıq sallanmasının korreksiyası, endometriozun müalicəsi, uşaqlığın amputasiyası və ekstripasiyası kimi əməliyyatlar laparoskopik texnikadan istifadə etməklə çox yüksək səviyyədə həyata keçirilir. Halbuki bu cür əməliyyatlar əvvəllər yalnız açıq müdaxilələr vasitəsilə aparılırdı.

Endocərrahiyyə müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biridir. Endocərrahi əməliyyatlar xırda ölçülü kəsiklər vasitəsilə (5-10 mm) bədən boşluğuna xüsusi cərrahi instrumentləri daxil etməyə, miniatür telekamera vasitəsilə vizual olaraq əməliyyatın gedişini izləməyə və müxtəlif cərrahi manipulyasiyalar aparmağa imkan verir.
Histeroskopiya və histerorezektoskopiya uşaqlıqdaxili poliplərin və submukoz miomatoz düyünlərin, uşaqlıq daxili yad cisimlərin xaric edilməsi, uşaqlıqdaxili bitişmələrin aradan qaldırılması, endometriumun adenomiozu və hiperplaziyası zamanı istifadə edilir. Stress mənşəli sidik ifrazını saxlaya bilməmək kimi çox geniş yayılmış bir xəstəliyin müalicəsində klinikada müasir mikrocərrahi, endocərrahi və klassik (açıq üsulla) plastik operativ müdaxilələrdən istifadə olunur. 

Klinikanın ginekologiya şöbəsində aparılan operativ müdaxilələr aşağıdakılardır: 
  • Laparoskopik əməliyyatlar:
  • Diaqnostik laparoskopiya
  • Laparoskopik sterilizasiya
  • Uşaqlıqdankənar hamiləlik zamanı laparoskopik əməliyyat
  • Yumurtalıqların sektoral rezeksiyası
  • Yumurtalıqların elektrokauterizasiyası
  • Laparoskopik kistekektomiya
  • Endometriozun laparoskopik müalicəsi
  • Uşaqlıq borularının keçiriciliyinin laporoskopik yolla bərpa olunması (salpinqovariolizis, salpinqostomiya, fimbrioplastika)
  • Laparoskopik konservativ miomektomiya
  • Subtotal histerektomiya (amputasiya)
  • Total histerektomiya
  • Uşaqlıq prolapsının laparoskopik korreksiyası
  • Histeroskopiya
  • Diaqnostik histeroskopiya
  • Operativ histeroskopiya
  • Histerorezektoskopiya
  • Uroginekologiya
  • TVT, TVT-O - sərbəst sintetik ilgək vasitəsilə plastika
  • Berç üsulu ilə əməliyyat - endocərrahi və ya açıq müdaxilə ilə
  • MESH - Sistoselenin plastikası
  • Ön-arxa kolporafiya
  • Ön-arxa kolporafiya MESH ilə
  • Sakrovaginopeksiya, promontofiksasiya
Açıq (klassik) əməliyyatlar: 
  • Vaginal histerektomiya, ön-arxa kolporafiya
  • Total abdominal histerektomiya (uşaqlığın ekstirpasiyası)
  • Vaginal histerektomiya
  • Miomektomiya
  • Supraservikal histerektomiya
  • Metroplastika
  • Bartolin vəzilərinin xaric edilməsi
  • Paravaginal kistanın aradan qaldırılması
  • Perineoplastika
  • Ön kolporafiya
  • Arxa kolporafiya
  • Ön və arxa kolporafiya
  • Berç üsulu ilə laparotomik əməliyyat
BÖLÜMÜN DOKTORLARI