012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Kompüter Tomoqrafiyası

Kompüter tomoqrafiya – Müasir diaqnostika metodlarından olub bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır.Bu metod vasitəsi ilə baş beyin,döş qəfəsi və orta divararalığı orqanlarının,bel-omba nahiyəsinin,qarın boşluğu və çanaq orqanlarının,həmçinin sümüklərdə baş verən sınıqları,destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını müəyyən etmək olur.

Oksigen Klinik xəstəxanasında fəaliyyət göstərən General Electric-GE firmasına məxsus "Bright Speed" markalı,kompüter tomoqrafiya aparatı inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən tomoqraflardan olub çox yüksək göstəricilərə malikdir. Bu aparatı digərlərindən fərqləndirən cəhət xəstənin tez bir zamanda (5-7 dəq ərzində) müayinə olunması və yüksək keyfiyyətə malik olan görüntülərin izlənməsidir. "Reformation", "Volume Viewer-3D" proqramları ilə görüntünün izlənməsi yüksək dərəcədə hayata keçirilir. "Nemoto" markalı injektorun vasitəsi ilə damarların Kompüter tomoqrafik angioqrafiyası və həmçinin virtual kolonoskopiya,bronxoskopiya müayinələri də aparılır.

Klinikamızın Diagnostika şöbəsi Kompyuter Tomoqrafiyası – General Electric BrightSpeed multislides - Az şualanma. 3D reconstruksiyalı və reformat görüntülər. Qısa bir vaxt ərzində müayinənin başa çatdırılması.Keyfiyy ətli görüntünün əldə olunması. Azərbaycanda ilk dəfə olaraq Damarların anqioqrafiyası. Abseslərin drenaj olunması. Dünya standartlarına uyğun Analoqu olmayan Virtual bronxoskopiya, Virtual kolonoskopiya. Heç bir endoskopik cihazdan istifadə olunmadan yoğun bağırsaq və bronxlara baxışın keçirilməsi. K.T. nəzarəti altında kəsik aparılmadan Biopsiyaların götürülməsi, kistaların ləğv edilməsi.
BÖLÜMÜN DOKTORLARI