012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / DOKTORLAR / T.E.D. Dr.Eldar Hətəmzadə
  • Adı: T.E.D. Dr.Eldar Hətəmzadə
  • Tibbi bölüm:
  • İxtisas: Terapevt - kardioloq

Terapevt-kardioloq Tibb elmləri doktoru Eldar Hətəmzadə 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1977-ci ildə həmin universiteti bitirmişdir. 1979-1987-ci illərdə 1 saylı Şəhər Klinik Xəstəxanasının "reanimasiya və intensiv terapiya şöbəsi"ndə həkim-reanimatoloq, 1987-1998-ci illərdə həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 1999-2000-ci illərdə kardiologiya və intensiv terapiya blokunun rəhbəri olmuşdur. 2000-2004-cü il tarixləri arasında Səudiyyə Ərəbistan Krallığında "Central Hospital"da kardioloq vəzifəsində çalışmışdır. 2005-2012-ci illərdə L.Şıxlinskaya klinikasında həkim kardioloq kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən etibarən "Oksigen Klinik Xəstəxanası" MMC-də kardioloq-terapevt vəzifəsində fəaliyyətini davam etdirir.

Terapevt-kardioloq Eldar Hətəmzadə 1990-cı ildə Tibb elmlər namizədi adına, 2017-ci ildə isə Tibb elmlər doktoru adına layiq görülmüşdür. Tibb elmlər doktoru Eldar Hətəmzadənin 30-dan çox elmi əsəri vardır.