012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / DOKTORLAR / Uzman Dr. Vüsal Əhmədov
  • Adı: Uzman Dr. Vüsal Əhmədov
  • Tibbi bölüm:
  • İxtisas: Cərrah uroloq - androloq

Əhmədov Vüsal Nüslət oğlu 25.05.1985-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1991-ci ildə Qubadlı rayonunun 1 saylı orta məktəbinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2002- ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə yüksək balla qəbul olmuş və prezident təqaüdünə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-2009-cu illərdə Türkiyə Respublikası İzmir şəhərində uzmanlıq təhsili öncəsi hazırlıq keçmiş, 2009-cu ildə Ege Universiteti Urologiya kafedrasında uzmanlıq təhsilinə başlamış, 2014-cü ildə nəzəri və praktiki imtahandan müvəffəqiyyət əldə edərək uzman adını qazanmışdır. Uzmanlıq təhsili müddətində endourologiya, andrologiya və robotik cərrahiyyə üzrə nəzəri və praktik təcrübə əldə etmişdir. Onlarla kurs və konqreslərdə məruzəçi və iştirakçı olaraq iştirak etmişdir. Bir çox elmi məqalələrin müəllifidir.

Uroloq androloq uzman doktor Vüsal Əhmədov 24.11.2014-cü il tarixindən etibarən Oksigen Klinik Xəstəxanasında fəaliyyətini davam etdirir...