012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

ELEKTROENSEFALOQRAFIYA (EEQ)

Elektroensefaloqrafiya - baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün ən təhlükəsiz və əlverişli müayinə üsuludur. Baş beyinin elektrik aktivliyi çox aşağı olub voltun milyonda bir hissələri ilə ölçülür, buna görə də onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur.

EEQ (elektroensefaloqramma) - mürəkkəb əyri olub müxtəlif tezliyə və amplituda malik dalğalardan təşkil olunmuşdur. Amplitud və tezlikdən asılı olaraq EEQ-də yunan hərfləri ilə adlandırılan alfa,beta,delta və s. dalğalar ayırd edilir.


Müayinə aşağıdakı şəkildə aparılır:


Rezin şlemlər vasitəsilə baş nahiyəsinə kiçik elektrodlar bərkidilir. Elektrodlar ötürücülər vasitəsilə elektroensefaloqrafa birləşdilir. Elektroensefaloqraf onlardan alınmış siqnalları gücləndirərək göstəriciləri kompüterə daxil edir. Müayinə vaxtı xəstə gözləri qapalı vəziyyətdə oturur.

Epilepsiya xəstəliyinin diaqnostikası və müalicə zamanı xəstəliyin dinamikasını müşahidə etmək üçün elektroensefaloqrafiya metodunun rolu əvəzsizdir. EEQ ilk növbədə epileptik tutmanı qeyri epileptik tutmadan fərqləndirməyə və klassifikasiya etməyə imkan verir.
EEQ vasitəsilə aşağıdakılar təyin oluna bilər:

• Tutmalara səbəb olan patoloji ocaqların lokalizasiyaları
• Dərman preparatlarının qəbulundan sonra xəstəliyin dinamikası
• Dərman terapiyasına fasilə vermək, yaxud dayandırmaq


EEQ kartlaşdırılma

Normal EEQ Gicgah və təpə payında epileptik ocaq.

VİDEO-EEQ MONİTORİNQ

Bir çox hallarda epilepsiya xəstəliyinə diaqnoz qoymaq üçün adi EEQ müayinəsinin aparılması kifayətdir. Lakin qeyd edilən müayinənin davam etmə müddəti qısa olduğu üçün baş beyinin nadir hallarda özünü büruzə verən bioelektrik aktivliyindəki patoloji dəyişiklikləri aşkar etməyə imkan vermir.

Əgər adi EEQ müayinəsi diaqnozu dəqiqləşdirməyə imkan vermirsə o zaman video-EEQ monitorinqin aparılması məsləhətdir. Bu müayinə zamanı müəyyən müddət ərzində (bir neçə saat) aş beyinin bioelektrik aktivliyi qeydə alınınr. Bu zaman paralel olaraq müayinə video yazıya alınır. Əldə edilmiş video görüntülər və EEQ nəticəsini sinxronlaşdırmaqla həkim bu və ya digər patoloji vəziyyət barəsində ətraflı fikir yürüdə bilir.

Əsasən gündüz saatlarında tutmaların baş verməsi hallarında bir neçə saatlıq EEQ monitorinqin aparılması kifayət edir. Əgər tutmalar gecə saatlarında müşahidə olunursa o zaman yuxu vaxtı aparılan EEQ monitorinq daha ətraflı məlumat verir. Bundan əlavə yuxu vaxtı aparılan EEQ monitorinq bir sıra patoloji halların diaqnostikasında da mühüm rol oynayır. Belə ki, yuxu zamanı epilepsiya üçün xarakterik olan baş beyinin patoloji aktivliyinin qeydə alınması daha da artır.Epilepsiyanın bəzi formalarına diaqnoz qoymaq üçün bir sıra provakasiya metodlarından istifadə olunur. Müxtəlif tezlikli ritmik fotostimulyasiyalar, yuxunun deprivasiyası (müayinədən qabaq gecə yuxusunun məhdudlaşdırılması), hiperventilyasiya və s. bu provakasiya metodlarina aid edilir.

Vaxtında qoyulmuş diaqnoz və xəstəliyin tipinin dəqiqləşdirilməsi aparılmış müalicənin də daha effektli olmasına imkan yaradır. Eyni zamanda EEQ monitorinq aparılan müalicənin nə dərəcədə effektli olmasını da təyin edə bilir.


Epilepsiyalarda EEQ müayinəsinin diaqnostik imkanları

Birinci növbədə EEQ müayinəsi ilə epileptik tutmaları geyri-epileptik tutmalardan fərqləndirmək olur.
EEQ müayinəsi ilə aşağıdakılar mümkündür :

a) tutmalarda iştirak edən beyin sahələrini təyin etmək;
b) dərman təsirinin dinamikasını müşahidə etmək;
c) dərman müalicəsinin yekunlaşdırılmasına qərar vermək

Yaxşı olardı ki, EEQ müayinəsini "tutmadan" bir həftə tez olmayaraq aparılısın.
Epileptik tutmalar zamanı EEQ-də dəyişikliklər müxtəlif xarakterli ola bilər.
Uşaqların çoxunda müxtəlif tezlikli yüksəlmiş amplitudlu dalğalar müşahidə qeyd olunur. Bu dəyişikliklər beyinin funksional olaraq tam inkişaf etməməsi ilə bağlıdır. Adətən bu dəyişikliklər uşaq böyüdükcə və ya təyin olunmuş fenobarbital müalicəsinin dayandırılmasından sonra yoxa çıxır. Güclü epileptik tutmalar zamanı EEQ-də kompleks tipli "pik-dalğalar" qeyd olunur ki, bunları da düzgün qiymətləndirmək lazımdır. Ayıq vaxtdan fərqli olaraq,yuxu zamanı epileptik aktivliyi EEQ müayinəsi ilə aşkar etmək mümkün olur.


EEQ-monitorinq

Tutmaların növünü təyin etmək çətin olduqda monitorinq aparılır. Bu çox mürəkkəb üsuldur,ona görə ki, eyni vaxtda həm tutmalar həm EEQ-də qeydiyyata alınır həm də video yazısı aparılır. EEQ-monitorinq yalnız "Oksigen"kimi Klinik xəstəxanalarda aparılır.


BÖLÜMÜN DOKTORLARI