012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Reanimasiya Şöbəsi


Oksigen Klinik Xəstəxanasında əməliyyatdan sonrakı xəstələr və həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan xəstələr Reanimasiya şöbəsinə qəbul olunur. Müxtəlif ürək-damar, həzm, tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri olan pasiyentlərə nəzarət və müalicə bu şöbədə həyata keçirilir.

Reanimasiya - kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Şöbə 9 çarpayılıq olub , tam müasir tələblərə uyğun aparatlarla təmin olunmuşdur.

Şöbədə "CE medical Systems" Almaniya istehsalı olan Datex Ohmeda markalı "Kardioserv" defibrilayatorlar, 3 ədəd "Datex Ohmeda Centivo-5" tipli kardiomonitorları,3 ədəd "Perfuzor-Litva-Vilmus" istehsalı olan, 2 ədəd Koreya istehsalı olan Medifusion aparatları ilə təmin olunmuşdur.

Oksigen Klinik Xəstəxanasında Reanimasiya şöbəsində Centivo-5 tipli monitorların köməyi ilə xəstənin arterial təzyiqi, nəbzi, oksigenin miqdarı, EKQ monitorinqi, sinir-əzələ keçiriciliyi əməliyyatın gedişi boyu daim nəzarətdə saxlanılır. Reanimasiya şöbəsi ən son model "Dotex Ohmeda Certivo-5" tipli süni tənəffüs aparatı ilə təchiz olunmuşdur. Bu aparatın digər aparatlardan fərqi ondadır ki, 5 rejimdə işləyə bilir. (CMV,Simv,cpap,Bilevel /ASB,ASB/Arnea)

Bu aparatın köməkçi funksiya daşıyan rejimləri var:
  • NIV
  • ARC
  • APD
  • ASR
  • CMV (idarəolunan məcburi ventilyasiya)
  • SİMV /ASB (fasiləli sinxronlaşdırılmış məcburi ventilyasiya)
  • Cpap (tənəffüs yollarında fasiləsiz müsbət təzyiq)
  • ASB/Apnea (asfinksiyalar zamanı köməkçi tənəffüs)
Köməkçi rejimlər;
  • NİV-qeyri invaziv ventilyasiya
  • ARC-tənəffüs traktına müqavimətin kompensasiyası
  • ASK-tənəffüs yollarının avtomatik sorulma proqramı
Bundan əlavə reanimasiya şöbəsində "CardioServ" tipli defibrilyator var. Üstün cəhətləri; əlavə olaraq kardio versiya funksiyası, standart aparatlarla daxili və xarici defibrilyasiya mümkündür.
BÖLÜMÜN DOKTORLARI