012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Allerqologiya

Allerqologiya tibbin allergiya və allergik xəstəliklər, onların yaranma və inkişaf mexanizmi, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir.
Allergiya - ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin, dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, çiçək tozcuqları, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası və s.) təsirinə orqanizmin qeyri-adi həssas (qabarıq) cavab reaksiyasıdır.
Klinikamızda bütün allergik reaksiya və xəstəliklər təcrübəli həkim allerqoloqlar tərəfindən müayinə və müalicə olunur:
  • allergik rinit
  • pollinoz
  • bronxial astma
  • qida allergiyası
  • dərman allergiyası
  • məxmərək
  • allergik dermatit ( atopik dermatit )
Klinikamızda allergik xəstəliklərə dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator –diaqnostik baza fəaliyyət göstərir:
  • Allergenlərin təyini ( qida,tənəffüs və dəri allergenləri )
  • Qanın immunoloji, ümumi və biokimyəvi analizləri
  • Döş qəfəsi orqanlarının rentgenoqrafiyası
  • Ağciyərlərin və sinusların kompüter tomoqrafiyası
  • Burun boşluğu, burun-udlaq və qırtlağın endoskopik müayinəsi
  • Qida həssaslığının təyini

BÖLÜMÜN DOKTORLARI