Endoskopiya - xüsusi optik alətlər - endoskoplar vasitəsilə boşluqlu orqanları vizual olaraq müayinə etməyə imkan verən bir metoddur.
Müasir endoskopik müayinənin üstün cəhətləri:
Müasir endoskopik müayinənin üstün cəhətləri:
- Yüksək keyfiyyətli dəqiq təsvir (bir neçə dəfə böyüdülmüş). Bu daxili orqanların selikli qişasında ən xırda dəyişikliyi belə aşkar etməyə və xəstəliyə erkən mərhələdə diaqnoz qoymağa imkan verir.
- Lazım gələrsə morfoloji müayinə üçün biopsiya materialının götürülməsi.
- Bir sıra müalicəvi manipulyasiya və əməliyyatların həyata keçirlməsi. (xoledoxdakı daşların litotripsiyası, mədə-bağırsaq traktı poliplərinin aradan qaldırılması, yad cisimlərin çıxarılması və s.)
- Müayinənin videoyazıya alınması.
- Fibroezofaqoskopiya
- Fibroezofaqoskopiya + biopsiya
- Fibroezofaqoqastroduodenoskopiya
- Fibroezofaqoqastroduodenoskopiya + biopsiya
- Fibrorektosiqmoskopiya
- Fibrorektosiqmoskopiya + biopsiya
- Sol tərəfli fibrokolonoskopiya
- Sol tərəfli fibrokolonoskopiya + biopsiya
- Total fibrokolonoskopiya
- Total fibrokolonoskopiya + biopsiya
- Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız-udlaq, qırtlaq)
- Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız-udlaq, qırtlaq) + biopsiya
- Fibrobronxoskopiya
- Fibrobronxoskopiya + biopsiya
- PH-metriya