012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

Varikoz xəstəliyinin 20-40 dəqiqə ərzində Lazer üsulu ilə müalicəsi artıq Bakıda... (Damar cərrahiyyəsi (Məmməd Kərimov)

Varikoz xəstəliyin Lazerlə müalicəsi ( Endovenoz Lazer Ablasiya - EVLA )

Lazerlə müalicə (EVLA - Endovenoz Lazer Ablasiyası ) - varikoz xəstəliyin ən son müalicə metodu olub, damar divarına daxildən lazer enerjisi ilə təsir etməklə, onun bağlanmasına əsaslanır.

EVLA prosedurası zamanı ultrasəsin nəzarəti ilə kiçik bir punksion dəlikədən lazerin işıq ötürücüsü genişlənmiş damarın mənfəzinə yeridilir. Daha sonra həmin damarın ətrafına xüsusi anestetik məhlul yeridilərək ağrısızlaşdırılır. Bundan sonra lazer "işığı" ilə damar divarına təsir olunur və ötürücü tədricən geri çəkilir. Genişlənmiş damar daxildən lazer işığı vasitəsilə tam işlənildikdən sonra ötürücü damar mənfəzindən xaric edilir. Lazer olunmuş damar tədricən sorulur və tamamilə itir.



Lazer müalicəsinin (EVLA) üstünlükləri :

- Kəsiksiz

- Ağrısız

- Qansız

- Yerli anesteziya ( "keyitmə" ) ilə icra olunması

- Bərpa dövrünün qısa olması ( proseduradan dərhal sonra pasientin ayağa duraraq sərbəst gəzir )

- Norma həyat şəraitinə məhdudiyyətin qoyulmaması ( təyin olunan vaxt pasient klinikaya daxil EVLA prosedurası icra olunur və 30 dəq sonra klinikanı tərk edib normal həyatını davam etdirir)

- Yüksək kosmetik effekt

Ayağında patoloji genişlənmiş venaları olan insan Lazer üsulu ilə müalicə olunmaq istədiyi zaman ilk növbədə damar cərrahı vəya fleboloqa müraciət etməlidir. İlkin konsultasiya zamanı həkim pasientə vizual olaraq baxır və mütləq olaraq Rəngli Doppler müayinəsi aparır. Yalnız bundan sonra son diaqnoz qoyulur və uygun müalicə taktikası seçilir. Bundan sonra pasient minimal vacib analizləri verir və EVLA prosedurasının vaxtı təyin olunur. Pasient təyin olunan vaxt klinikaya daxil olur. Qısa hazırlıqdan sonra EVLA prosedurası icra olunur. İşlənmə bitdikdən sonra pasientə xüsusi kompression corablar geyindirilir və gəzmək tövsiyyə edilir. Pasient təqribən 20-30 dəq klinikada gəzir və daha sonra klinikanı tərk edərək normal işinə davam edir.

EVLA prosedurasından sonra pasientlərə 4 həftə kompression corab geyinmələri tövsiyyə olunur (səhər yataqdan duranda geyinib gecə yatarkən soyunmaq qaydası ilə).

Beləliklədə, EVLA prosedurasından sonra ayaqlarda normal qan dövranı bərpa olunur və varikozla əlaqəli şikayətlər keçir.