012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

"Oksigen Klinik Xəstəxanası" MMC tərəfindən məlumat üçün bildirilir ki...

"Oksigen Klinik Xəstəxanası" MMC tərəfindən məlumat üçün bildirilir ki, ayrı-ayrı saytlarda və sosial şəbəkələrdə xəstəxana tərəfindən COVİD-19 la bağlı saxta arayışların verilməsinə dair gedən məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Belə ki, "Oksigen Klinik Xəstəxanası" MMC-də COVİD-19la bağlı müayinələrin keçirilməsi mövcud tibbi norma və standartlara uyğun olaraq aparılır və rəsmiləşdirilir. Hər bir müraciət etmiş pasyent şəxsiyyət vəsiqəsi əsasında qeydə alınır və nümunələr götürülür. Müayinənin nəticəsinə uyğun olaraq TƏBİBİN portalına yerləşdirilir və tibbi arayışlar verilir. Hər bir tibbi arayışın üzərində QR kodu yerləşdirilir.

Ona görə də "Oksigen Klinik Xəstəxanası" MMC bu cür saxta tibbi arayışların klinika adına səsləndirilməsini rədd edir və obyektiv araşdırılmasını tələb edir.

"Oksigen Klinik Xəstəxanası" MMC-nin rəhbərliyi