012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / YENİLİKLƏR

Hansı əməliyyat metodları daha yaxşıdır?


Xoş xassəli prostat böyüməsi olan xəstələrdə əsasən istifadə olunan əməliyyat metodu endoskopik, yəni qapalı olaraq TUR əməliyyatı ilə prostatın böyümüş hissəsinin çıxardılmasıdır. Ancaq 90 100 q dan böyük prostatlarda bu metodla yetərincə toxuma çıxarıla bilinmədiyi üçün açıq əməliyyat üstün tutulmaqdadır. Xəstə TUR əməliyyatından sonra təxminən 2 gün, açıq əməliyyatdan sonra isə təxminən 6 gün kateterdən istifadə etməlidir. Hər iki əməliyyat əsnasında vəəməliyyatdan sonra ən çox qarşılanılan fəsad qanaxmadır və bəzən xəstəyə qan köçürülməsinə ehtiyac yaranır. Prostat cərrahiyyəsi tələb olunan xəstələr üçün standart prostat əməliyyatına gorə daha komfortlu və sürətli sağalma olan modern bir lazer prostatektomiya əməliyyatını seçmək imkanı mövcuddur. Standart əməliyyatla eyni olmasına baxmayaraq, lazer şüası ilə qan damarları tamamən bağlanılır və standart əməliyyatda əsas problem olan qanama riski olmur. Holmium lazer ilə prostat əməliyyatının ən böyük üstünlüyə hər böyüklükdə olan prostat üçün endoskopik, yəni qapalı olaraq əməliyyat imkanı yaratmasıdır. Böyük öllçülü prostatlarda prostat parзaları uyudulərək bayıra зıxardılmaqdadır. Sağalma muddəti standart əməliyyata görə sürətli olduğuna görə xəstəxanada qalma muddəti daha qısa olur və xəstə daha tez normal həyatına və işinə donə bilir. Holmium YAG lazerdən başqa daha əvvəllər istifadə edilən Neodmiyum YAG və KTP kimi lazer vasitələrində isə prostat çıxarılmır, yalnız böyüyən hissəyə lazer ilə əridilib buxarlaşdırma tətbiq edilir. Bu səbəbdən daha əvvəllər istifadə edilən bu metod prostatları böyük ölçülərdə olan xəstələrdə yetərli olmurdu. Kohnə tipli lazer
ilə edilən əməliyyatlardan sonra tez tez qarşılanılan əməliyyatdan sonrakı həftələrlə davam edən sidik yanğıları Holmium lazerdə mövcud deyil. əlavə olaraq HOLEP də toxuma çıxarıldığı üçün patoloji müayinə imkanı var, hansı ki, digər metodlarda bu mümkün deyil. Klinikamızda HOLEP əməliyyatlarında Lumenis VersaPulse PowerSuite (100 watt) cihazı istifadə edilməkdədir. Holmium lazer prostatektomiyanın (HOLEP) ın ustunlukləri:

• Hər boyuklukdə prostata tətbiq edilə bilməsi;
• Qanama olmaması və qan köçürməyə ehtiyacın olmaması;
• Qanama xəstəliyi olan, ya da qan durulducu dərmanlar qəbul edən xəstələrə tətbiq edilməsi;
• Daha az fəsadlar;
• Kateterdən daha qısa istifadə müddəti;
• Daha qısa xəstəxanada qalma müddəti;
• Daha surətli sağalma və nəticənin daha qısa muddətdə alınması;
• Xəstə üçün maliyyənin açıq əməliyyatda olanla təqribən eyni olması.