012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
SUAL-CAVAB
  • Xəlilov İdris - Kardioloq (T.E.N.) [DIAQNOZTIKA]

    SUAL:Salam həkim. 24 yaşım var. Məndə ürək sıxıntıları olur. Elə bilirəm ürəyimə hava catmır. Dərindən nəfəs alammıram. Bu zaman məndə qorxu yaranır ki, nəfəsim kəsiləcək. Bu adətən axşamlar olur və yuxum gəlsə də yatmağa qorxuram. Qorxudan isə ürəyim tez-tez döyünür. Doktor bu nədən ola biler. Mənə nəyin müayinəsi lazimdir.

    CAVAB:Hörmətli Gülər xanım, bele hallar qorxudan da ola bilər və ya ürəkdə hər hansı bir problemdən də ola bilər. Ona görə də sizə dəqiq diaqnoz qoymaq üçün EXO-kardioqrafiya, Xolter-monitor müayinələrdən keçməyinizi məsləhət görərdim hansı ki, bizim klinikada uğurla, dəqiq həyata keçirilir. Sualınıza görə təşəkkürlər.

  • Yəhyəyev Boris - Transfuzioloq (Ozon /Plazmoferez) [DIGER

    SUAL:Mənə plazmoforezin çox təhlükəli olduğunu söyləmişdilər?

    CAVAB:Hörmətli Gülər xanım. Hər bir əməliyyat təhlükəlidir. Adi diş çəkdirmək də. Amma bizim klinikada plazmoferezi pofessionallar həyata keçirdiyi üçün təhlükə yoxdur. Həmçinin avadanlıqlar bir dəfəlik istifadə olunduğu üçün narahatçılığa əsas yoxdur və siz bizim həkimlərə əmanət edə bilərsiniz. Sualınız üçün təşəkkürlər.

  • Poluxov Ramiz - Uşaq cərrahı (Professor ,T.E.D.)

    SUAL:Salam. 9 aylıq uşaqda alt çənənin altında hemangioma mövcuddur. Sizdə bunun təmizlənməsi mümkünsə lütfən ətraflı yazın. Əvvəlcədən təşəkkürler.

    CAVAB:Hörmətli Ruslan. Bəli, hemangiomanın təmizlənməsi bizim "Oksigen” Klinik Xəstəxanasında mümkündür, sadece uşaqla birlikdə mənim konsultasiyama gəlin. Sualınıza görə təşəkkürlər.

  • Hüseynova Günel [DIAQNOZTIKA]

    SUAL:Salam. Necəsiniz? Məndə olan bir xəstəliyə görə narahat edirəm. Mən 2 ildən çoxdur öskürəkdən əziyyət çəkirəm. Boğazda olan qıcıqlanma nəticəsində öskürək başlayır və çox zaman bu qaytarmaqla nəticələnir. Ciyərlərimi yoxlatmışam. Qan analizi vermişem. Hər şey normal çıxıb. Sadəcə boğaz nahiyədə olan problem soyuq dəydiyində aradan qalxmır. Soyuq nə isə qəbul etdikdə şirin yedikdə və s. bunun kimi qidalar qəbul etdikdə bu hal tez-tez baş verir. Əgər mümkün olsa mənə bu haqda bir cavab göndərin.

    CAVAB: Salam. Cavab gec olduğu üçün bagışlayın. Mənim fikrimcə siz lor həkiminə müraciət etməlisiniz. Bizim klinikada Dr. Dəmirçalov Rafiq məşgul olur.