012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

LİTOTRİPSİYA

LİTOTRİPSİYA - sidik daşı xəstəliyinin cərrahi müdaxilə olmadan müalicə metodudur ki, bu metodun əsasını konkrementin insan bədənindən zərbə ilə keçən akustik dalğalar vasitəsilə parçalanması təşkil edir. Böyrəklərdə, sidik axarında, sidik kisəsində olan daşların parçalanması xüsusi aparat - litotriptor vasitəsilə həyata keçirilir. Bu aparat zərbə dalğasını generasiya edərək onu nazik dəstə şəklində fokuslaşdırır, USM və ya rentgen müayinəsi vasitəsilə konkrementə doğru istiqamətləndirir. Zərbə dalğası fokuslaşma nöqtəsinə qədər olan məsafədə bədən toxumalarını zədələnmir və yalnız orada öz təsirini göstərir. Nəticədə daş xırda fraqmentlərə parçalanır və sidik axını ilə sidik axarları və sidik kisəsindən keçərək qum şəklində xaric olunur. "Oksigen YTM"də litotripsiya Litotripsiya Elektrohidravlika - daşların parçalanması üzrə ən nəhəng enerji mənbəyidir. Ən böyük focus məsafəsi (13 -60 mm) Fəsadsız və maksimal təhlükəsizdir. Litotripsiya, Ureteroskopik litotripsiya (URS ve Flexible URS), Lazer uretrotomiya : - sidik daşları xəstə liyinin mualiəsi. Klinikamızda Akustik dalğa ilə böyrəkdə , sidik kisəsi və sidik axarlarında daşların Azərbaycanda ilk dəfə olaraq ən nəhəng enerji mənbəyi olan Litotripter aparatı vasitəsi ilə parçalanması. Sidik kanalındakı təkrarlanan darlıqların lazer ilə açılması. Ən böyük focus məsafəsi (13 - 60 mm) daşları birbaşa tam olaraq parçalamağa tam imkan yaradır. Əməliyyat zamanı hər hansı bir kəsik edilmədiyindən xəstə həmin gün evinə buraxılır . Ureteroskopik litotripsiya (URS ve Flexible URS): Sidik kanalından girilərək böyrək və sidik axarındakı daşlar lazerile qırılmaqdadır.