012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / DOKTORLAR / Dr.Fuad Əliyev
  • Adı: Dr.Fuad Əliyev
  • Tibbi bölüm: Endokrinologiya
  • İxtisas: Endokrinoloq

Doğum tarixi: 14.08.1981


Təhsili haqqqında: Əsas tibb təhsilini Azərbaycan Respublikasında bitirdikdən sonra, 2008-2009 illərdə Türkiyə Respublikası, Ankara şəhərində Gazi Universitetinin Nüvə Təbabəti (Nukleer Tıp) bölməsində "fellowship” proqramı üzrə təhsil almışdır.


2009-cu ildə Milli Onkologiya Mərkəzində Nüvə Təbabəti şöbəsində işə başlamışdır.


2010-cu ildə İstanbul Universitetinin Cerrahpaşa Tibb fakultəsinin Nüvə Təbabəti bölməsində Süd Vəzi xərçəngləri zamanı, aksillar sentinel (nöbətçi) limfa düyünün radionuklid diaqnostikası üsulu ilə təyini (xəritələnməsi) və düyünlü urlar (düyünlü zob) zamanı incə iynə aspirasion biopsiyasının (İİAB) diaqnostik dəyərinin öyrənilməsi üzrə təhsil almışdır.


2014-2017 illər ərzində MOM-un Nuvə Təbabəti diaqnostikası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.


Beynəlxalq Atom Enerjisi Təşkilatının tərkibində və ayrı ayrı ölkələrdə (Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Çexiya, Fransa, İsveç, İspaniya, İtaliya, Litva, Macarıstan, Rusiya,Türkiyə, Ukraniya və s.) təşkil etdiyi kurslarda və elmi konfranslarda istikrak etmişdir.


Nəaliyyətləri: Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə (2010-cu ildən) olaraq Qalxanabənzər Vəzin düyünlü formalarının (düyünlü zob) incə iynə aspirasion biopsiyasını (İİAB) rutin bir müayinə kimi başlamış və yaymışdır. Hal hazırda 10.000-dən çox biopsiya edən yeganə həkim ünvanına sahibdir.


Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq zəhərli zobların cərrahi əməliyyat olunmadan radioaktiv yod-131 izotopu ilə tam və birdəfəlik müalicəsini tətbiq etmiş və ölkədə yaymışdır.