Aze | Rus | Eng     
     
 
       
        

Miqren

Miqren — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil.
"Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür.

Klinikası


Miqren tez-tez rast gəlinən ürək bulanması, qusma ilə müşahidə olunan, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrısıdır. Həmçinin miqren nevroloji xəstəlikdir. Miqren ağrıları saatlar və ya günlərlə davam edir. Uzun müddət davam edən miqren ağrıları miqren statusu adlanır. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəlik əsasən qadınlarda geniş yayılıb. Miqren baş ağrısı ürəkbulanma, diareya, işığa, səsə həssaslıq, qan dövranının zəifləməsinə səbəb olur. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər.

Potensial səbəblər
  • Potensial miqren törədən səbəblər bunlardır:
  • Allergiyalar və allergik reaksiyalar;
  • Böyük şəhərlərdə parlaq işıqlar, uca səslər, müxtəlif ətirlər;
  • Fiziki və ya emosional gərginlik;
  • Yuxu pozğunluğu;
  • Siqaret çəkmək;
  • Alkoqol.
Simptomları

Miqrenin simptomları baş ağrısından bir müddət əvvəl, dərhal baş ağrısına keçən vaxt, baş ağrısı ilə eyni zamanda və baş ağrısından sonra əmələ gələ bilər. Miqrenin əsas səciyyəvi simptomlarına aiddir:
  • Pulsasiyaedici və pulsasiya etməyən ağrı;
  • 4 saatdan 3 günə qədər davam edən ağrı;
  • ürək bulanma qusma, işığa həssaslıq, səsə həssaslıq.
Növləri:

Miqren xəstəliyinin 2 növü vardır:
  • Auralı miqren;
  • Aurasız miqren
Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır. Ürəkbulanma, qusma ilə müşayiət olunur.

Auralı miqren zamanı isə nevroloji simptomlar müşayiət olunur və baş ağrısının başlanğıcında bu özünü daha da qabarıq göstərir.

Contacts Contacts
Xəbər: QALXANABƏNZƏR VƏZ, UR (ZOB) NƏDİR ?
Qalxanabənzər vəz boynumuzun önündə və nəfəs borusunun hər iki tərəfində yerləşən, iki paydan ibarət olub, qana hormon ifraz edən bir orqandır.

Allergik panel


Bəzi allergik  maddələrə qarşı insanlarda həssaslıq olur.Məsələn öskürək, qaşınma,dəridə səpgilər,qızartı,göz yaşarmaları və burun axması kimi hallar olur. Bəzı  hallarda allergiya reaksiya  anafilaktik şoka qədər gətirib çıxarır. Bu allergenlerin  qısa müddətdə müəyyən ... Ətraflı
Xəbərlərimizə üzv olun