012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

Sağlıqlı qidalanma

Bu dəfə sizə sağlıqlı qidalanma yolunda əsas prinsip olan ara yeməklərindən danışmaq istəyirəm. Belə ki, əsas yeməkdən ən azı 2 saatdan tez olmayaraq ara yemək yeyilməlidir. Bu bizim qan şəkərlərimizi normal saxlayaraq, iştahamızın həddən artıq artmasına və çox yeməmizə mane olacaq. 
Sizə evdə rahat hazırlaya biləcəyiniz sağlıqlı ara yeməklərini təqdim edirəm:

1. Smuzilər. Hazırlanması rahat və tezdir. Öncə blenderdə əlinizdə olan meyvə və ya tərəvəz keçirilir, üstünə sevdiyiniz süd məhsulu (kəsmik, süd, qatıq) əlavə edib təkrar blenderdə qarışdırın. 100 q ağartıya 1 meyvə hesablayın.
2. Salatlar. Istədiyiniz tərəvəz və hətta soyutma ət istifadə edə bilərsiniz. Yeganə qadağamız mayonez və digər konservantlı souslardan istifadə etməyin. Əvəzində zeytun yağı, soya sousu, limon şirəsi istifadə edə bilərsiniz.
3. Soyutma ət və ya balıq. Öncədən bişirilib porslara bölüb rahat isifadə edə bilərsiniz.
4. Düzgün buterbrodlar. Adi çörək əvəzində xlebsi,kəpəkli çörək istifadə edə bilərsiniz.
5. Lavaşdan ruletlər. Lavaşın içinə nazik kəsmik çəkin,üstünə kələm yarpağı, soyutma ət dilimi və pomidor qoyjn,bükûb 2 yerə bölün və 2 ara yemək şəklində istifadə edə bilərsiniz.
Davamı növbəti məqalədə. Suallarınızı şərhlərdə qeyd edin.

Həmişə sağlam qalmaq diləklərimlə dr. Ayşən Xəlilova